Haqqımızda

2012-ci ilin əvvəlində SOCAR – Foster Wheeler Mühəndislik MMC-nin (SFW) yaradılması ilə Foster Wheeler (hazırda WOOD-un bir hissəsi) Azərbaycanda daimi fəaliyyətinin əsasını qoydu.

SFW, Azərbaycanda və xaricdə hazırlanmış neft və qaz (Downstream/ Upstream), ətraf mühit və neft-kimya layihələri ilə əlaqəli Mühəndislik, Satınalma və İnşaata nəzarət, həmçinin Layihələrin idarə edilməsi üzrə xidmətlər göstərir.

Şirkət haqqında:

  • SFW-də hazırda 150 nəfər yüksək ixtisaslı işçi çalışır.
  • Bütün tələb olunan 3D Dizayn proqramları mövcuddur.
  • 1200 m² mühəndislik ofisi və 850 m² sahə ofisinə malikdir.

SFW:

  • Bakı ofisində həyata keçirilən konsepsiya tədqiqatları, Pre-FEED / FEED və detal (işçi) mühəndislik və satınalma xidmətləri.
  • WOOD şirkətinin iş prosedurları və təlimatlarına uyğun faəliyyət göstərən və layihələrin tələblərini əhatə edən çoxşaxəli komanda.
  • Texnologiya, Mexanika (Fırlanan və Statik avadanlıqlar), Mülki inşaat, Metal konstruksiyalar, Nəzarət-ölçü cihazları və Avtomatika, Elektrik, İnşaata nəzarət dəstəyi, Ətraf mühit və əlaqəli şöbələr üzrə tam heyət.
  • Bütün şöbələr ən yeni nəsil 3D Modelləşdirmə (SP 3D) və dizayn proqramları, habelə layihələri daha səmərəli edən lazer skan, topoqrafik, yoxlama imkanları ilə dəstəklənir.
  • Satınalma işləri daxili proqram təminatı və WOOD-un uzunmüddətli etibarlı istehsalçı bazasına əsasən aparılır. Satınalma funksiyası çərçivəsində ekspeditorlarımız, logistika mütəxəssislərimiz layihələri risklər olmadan izləməyə çalışırlar.
  • Əhəmiyyətli biliklərə malik tikintinin idarəedilməsi qrupları, koordinasiya, SƏTƏM və QA / QC nəzarəti, istismara verilmə xidmətləri göstərən heyətlər.
  • Yüksək ixtisaslı 90 nəfər mühəndis heyəti və 50 nəfər təcrübəli PMC heyəti.
error: Alert: Content is protected !!