Menecment


Elməddin Dadaşov – Baş Direktor

Neft və qaz sənayesində 17 ildən çox iş fəaliyyəti ilə layihələrə nəzarət, biznesin planlaşdırılması, müqavilə danışıqlarının aparılması, vergi qanunvericiliyi və idarəetmə sahəsində təcrübəsi vardır. ABŞ Dövlət Departamentinin Edmund Muskie proqramı xətti ilə marketinq menecmenti və layihələrin idarəedilməsi istiqaməti üzrə 2007-ci ildə MBA dərəcəsi əldə etmişdir (North Park Universiteti, Çikaqo, ABŞ). 

Luigi Sarri – Baş Direktorun 1-ci müavini

Elektrik mühəndisliyi ixtisası ilə 1990-cı ildə Foster Wheeler Italiana (indiki Wood Italiana) şirkətində iş fəaliyyətinə başlamışdır, 2005-ci ildən Layihə mühəndisliyi üzrə menecer kimi Neft emalı, neft-kimya və enerji sektorlarında çalışmışdır.

Əsas beynəlxalq podratçı şirkətlərin layihələrində fəaliyyət göstərmişdir və müxtəlif ölkələrdə, o cümlədən Çexiya, Türkiyə, Belçika, Litva, İtaliya kimi ölkələrdə layihələrin idarəedilməsi və icrası üzrə bütün mərhələləri əhatə etməklə tikinti meydançalarının meneceri kimi çalışmışdır.

 

 

Taşkın Aliefendioğlu – Layihə Direktoru

Kimya mühəndisliyi ixtisası ilə məzun olduqdan sonra biznes administrasiyası üzrə maqistr dərəcəsi əldə etmişdir. Enerji və sənaye biznesi mühitində layihələr və şirkət idarəedilməsində 25 illik beynəlxalq təcrübəyə malikdir. 2010-2015-ci illərdə Türkiyədə Amec Foster Viler Bimaş şirkətinin İcraçı direktoru olmuşdur.

 

error: Alert: Content is protected !!